ABŞ rəsmisi Çin və Rusiya haqqında danışdı: dialoq apara bilərik

27-10-2021, 00:17           
ABŞ rəsmisi Çin və Rusiya haqqında danışdı: dialoq apara bilərik
“Vaşinqton Əfqanıstanla bağlı məsələlərdə Moskva və Pekinlə konstruktiv məsləhətləşmələr apara biləcəyinə inanır”.

Qafqaz.media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Ağ Evdə keçirilən brifinqdə deyib.

“Düşünürəm ki, biz hər iki ölkə ilə konstruktiv dialoq apara bilərik. Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Romada keçiriləcək G20 sammitində şəxsən iştirak etmək niyyətində deyillər. Lakin bizim bu istiqamətdə Rusiya və Çinlə qarşılıqlı əlaqədə ola biləcəyimiz başqa formatlar, o cümlədən müxtəlif regional görüşlər var”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru