Avropol 100-dən çox silah və narkotik tacirini həbs edib

27-10-2021, 07:58           
Avropol 100-dən çox silah və narkotik tacirini həbs edib
Avropa Biriyi Polis xidməti (mərkəzi Haaqa şəhərində yerləşir) darknetdə (internetdə qeyri-standart protokollardan və şifrəli məlumatlardan istifadə edərək, anonim informasiya mübadiləsinin aparıldığı bölgə. Kriminal dairələr ən çox burada qızğın fəaliyyət göstərirlər-red.) silah, narkotik və digər qadağan olunmuş mallarla alver edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Sputnik” portalı məlumat yayıb.

Əməliyyat nəticəsində 150-ə yaxın adam həbs edilib, 26,2 milyon avro nağd pul, 230 kiloqram narkotik və 45 ədəd silah müsadirə olunub.

Saxlanılanların böyük hissəsi ABŞ(65), Almaniya (47), Böyük Britaniya (24) vətəndaşlarıdır. Bundan başqa, Hollandiya, Fransa, İsveçrə və Bolqarıstandan olan şəxslərin də yaxalandığı qeyd olunur. Onların hamısının DarkMarket adı verilən xüsusi portalda iri alverçilər olduğu ortaya çıxıb.

“Polis portalı idarə edənləri deyil, ən üst tacirlərin tutulması üçün plan hazırlamışdı. Ümid edək ki, bütün bu həbslər əsl effektini verə bilsin”,-deyə Hollandiyanın Delft Texnologiya Universitetinin kibercinayətlər üzrə ekspert-araşdırmaçısı Rolf van Veqberq mətbuata müsahibəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru