“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi – Video

27-10-2021, 07:46           
“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi – Video
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Bayraqdar” PUA-sından Donbasda zərbə endirildiyi xəbərini təsdiqləyib.

Teref.az xəbər verir ki, Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.

“Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə “Bayraqdar” PUA-sından döyüş məqsədilə istifadə edilib”, - məlumatda vurğulanıb.

Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.

Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra “Bayraqdar” havaya qaldırılıb və haubitsa məhv edilib.

Qeyd edək ki, bundan öncə məlumat və videonu ukraynalı könüllüyə istinadla Ukraynanın Senzor.net saytının baş redaktoru Yuri Butusov yaymışdı./ Axar













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru