"Ukraynalıları aclıq və soyuq gözləyir" - Radanın deputatı
27-10-2021, 07:14

Enerji böhranı ilə bağlı Ukrayna dövlətini miqyaslı fəlakət hədələyir, ölkə əhalisi isə artıq yaxın perspektivdə soyuqla və aclıqla qarşılaşacaq.
Təsəlli verməyən belə proqnozu öz "Feysbuk" səhifəsində Ali Radanın «Müxalif platforma-həyat uğrunda» (MPHU) partiyasından olan deputatı İlya Kiva dərc edib.
«Yanacaq olmaması səbəbilə, Slavyansk İES işini dayandırıb. Stansiyanın hər iki bloku tam olaraq söndürülüb. Və bu, yalnız yaxınlaşan fəlakətin başlanğıcıdır ki, Ukrayna qarşılaşıb. Soyuq, aclıq, xəstəliklər, ölüm…» - deutat yazır.
Xatırladırıq ki, Slavyansk İES Donetsk vilayətindədir və Kiyevin nəzarəti altındadır. O, oktyabrın 23-də işini dayandırıb. Stansiyanın hər iki bloku tamamilə dayandırılıb - kömür çatışmazlığı səbəbilə.
Xəbər verildiyi kimi, Ukraynanın enerji sektorunun digər müəssisələri də yanacaq qıtlığı çəkir - bu səbəbdən dövlət İES-nın enerji bloklarının yarıdan çoxu işləmir. Belə ki, «Ukrenerj»nin məlumatına görə, 12 İES-da kömür ehtiyatı qaçılmaz minimuma (553 min ton) qarşı 460 min ton təşkil edir (plan 1,9 milyon ton).