Pakistan Səudiyyə Ərəbistanından investorları ölkəyə dəvət edir
27-10-2021, 08:06

Oktyabrın 25-də Ər-Riyadda Səudiyyə-Pakistan investisiya forumu keçirilib. Xəbəri «Pakistan Radiosu» yayıb.
Forumda Pakistanın Baş naziri İmran Xan çıxış edib və iki ölkənin əməkdaşlığına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Pakistan güclü və böyük, 220 milyon insanı əhatə edən, daim böyüyən orta sinifə malik, liberal və investorlara dost siyasət yürüdən hökumət və istehlak bazarı təklif edir. O, qeyd edib ki, Pakistanın Çinlə əla münasibətləri var və Kəşmir münaqişəsinin dinc yolla həlli Pakistana əlavə dividentlər gətirə bilər.
İmran Xan həm də Səudiyyə kralına Pakistana dəstəyə görə təşəkkür edib və vəd verib ki, Pakistan hər zaman Səudiyyə Ərəbistanının yanında olacaq - onun təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə istənilən təhdidə qarşı.
Forumda həm də digər şəxslər çıxış ediblər. Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşinin çıxışı Pakistanın geopolitikadan geoiqtisadiyyata keçidinə həsr olunub. Maliyyə məsələləri üzrə müşavir Şaukət Tarin Pakistanın iqtisadi dirçəlişinə diqqət yönəldib. Eneretika naziri Həmməd Azhar qeyd edib ki, energetikada, kənd təsərrüfatında, heyvandarlıqda və digər açar sektorlarda Pakistanın böyük imkanları var.
Forumda Səudiyyə Ərəbistanının investisiyalar üzrə naziri Xalid ben Əbdül Əziz əl-Falih çıxış edib və Pakistanla ticarət, investisiya və işgüzar əlaqələrin inkişafına can atıldığını təsdiqləyib.
AzPolitika.info