Yaponiyada azərbaycanlı həbs edilib: Qatarda tələbə qızı... - TƏFƏRRÜAT

28-10-2021, 12:16           
Yaponiyada azərbaycanlı həbs edilib: Qatarda tələbə qızı... - TƏFƏRRÜAT
Yaponiyada azərbaycanlı saxlanılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 22 yaşlı yapon tələbə qıza qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinir.

Yerli polisin məlumatına görə, hadisə Tokio-Den-toşi qatarında baş verib. 32 yaşlı azərbaycanlı Mizonokuçi-Saqinuma stansiyaları arasında qatar tuneldən keçərkən yanında əyləşən, Kanaqava universitetində təhsil alan tələb qıza əl-qol atmağa başlayıb. Sonra isə onun yubkasını dartıb çıxarmaq istəyib. Amma qız müqavimət göstərib və vaqondan qaçaraq polisə xəbər verib.

Polisdə dindirilən azərbaycanlı törətdiyi əməli etiraf edib.

Məlumatda o da bildirilir ki, Azərbaycan vətəndaşı İnaqi şəhərində fəhlə işləyirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru