Rusiya ABŞ-a xəbərdar etdi: Bir tərəfli atəşkəsi pozarıq!

21-03-2016, 23:27           
Rusiya ABŞ-a xəbərdar etdi: Bir tərəfli atəşkəsi pozarıq!
Moderator.az xəbər verir ki, Rusiya Baş qərargah Əməliyyat bölməsinin rəisi General Sergey Rudskoy, Suriyada atəşkəsi pozan qrupları vuracağlarını açıqlayıb.

Rusiya ilə ABŞ arasında əldə olunan razılaşmaya uyğun olaraq Suriyada atəşkəs elan edildiyini xatırladan Rudskoy, Suriyada müəyyən qrupların sistematik olaraq atəşkəsi pozduqlarını ifadə edrək, Rusiyanın tək tərəfli qərarla bu qruplara qarşı güc tətbiq etməyə başlaya biləcəyini söyləyib.

Atəşkəs nəzarətinin Suriyada tətbiq edilməməmsindən ABŞ-ı ittiham edən Rus generalı, "Atəşkəs elanından dərhal sonra, 5 mart tarixində biz ABŞ tərəfinə atəşkəsin necə olacağıyla əlaqədar güzəştləri göstərən planımızı çatdırdıq.

Ancaq 18 Martda Ummanda baş tutan Rusiya-ABŞ mütəxəssis heyətlərinin təması zamanı Amerika tərəfi, bizim təqdim etdiyimiz plan üzərində işə hazır olmadığını ortaya qoyan bir rəftar sərgilədi. ABŞ tərəfi atəşkəs yoxlama planını bir an əvvəl bizimlə görüşməsə biz bu planı tək tərəfli tətbiq etməyə başlayacağıq. Atəşkəsi pozanları cəzalandırmağa başlaya bilərik " deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.