Gəlin və bəy atasının hərəkətinə görə toy mərasimindən imtina etdi

Bu gün, 16:34           
Gəlin və bəy atasının hərəkətinə görə toy mərasimindən imtina etdi
ABŞ-da bir cütlük, bəyin atasının gözlənilməz addımı səbəbindən toy mərasimlərini ləğv edib.

32gun.az xəbər verir ki, Hadisə barədə gəlin Reddit platformasında paylaşım edib.

Onun sözlərinə görə, onlar nişanlısı ilə hər zaman kiçik və səmimi bir toy arzulayıb, 70 nəfərlik qonaq siyahısı tərtib edərək dost və qohumlarına dəvətnamə göndəriblər. Toy tarixi yaxınlaşarkən bəyin atası cütlükdən dəvətnamənin elektron nüsxəsini istəyib. Oğul sənədi atasına göndərsə də, onun planlarından xəbərsiz olub. Dəvətnaməni əldə edən ata, gəlin və bəyin tanımadığı 20 nəfərə əlavə olaraq göndərib.

Gəlin bildirib ki, bu insanları heç vaxt görməyib, bəy isə yalnız bir neçəsini uzaqdan tanıyır. Bəy məsələ ilə bağlı atasına etiraz etsə də, ata artıq dəvətnamələrin göndərildiyini, geri qaytarmağın mümkünsüz olduğunu deyib və əgər oğul bunu özü etsə, toyun təşkilinə maliyyə dəstəyi göstərməyəcəyini bildirib.

Məsələni müzakirə edən cütlük vəziyyətin nəzarətdən çıxdığını düşünərək toyu tamamilə ləğv etmək qərarına gəlib. Gəlin qeyd edib ki, yaxın günlərdə bu qərarı bəyin valideynlərinə bildirəcəklər.

Reddit istifadəçiləri cütlüyə dəstək verərək, maliyyə yardımının kiminləsə evlənənlərin qərarlarına qarışmaq hüququ vermədiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru