Rusiya Federal Təhlükəsizlik Bürosu azərbaycanlı vəkili həbs etdi

24-03-2016, 13:56           
 Rusiya Federal Təhlükəsizlik Bürosu azərbaycanlı vəkili həbs etdi
Rusiya Federal Təhqiqat Bürosunun əməkdaşları dələduzluqda şübhəli bilinən azərbaycanlı Ramiz Məmmədovu martın 22-də saxlayıblar.

Bu ilin mart ayında şübhəli vəkil ona müraciət edən vətəndaşa ərinin məhkəmə hökmünün yüngülləşdirilməsi üçün vəd verib. Vəkil qadından 1,5 milyon rubl alandan sonra Samara vilayətində saxlanılıb.

Digər məlumata görə, Məmmədova pulu "Rosselxozbank"ın keçmiş əməkdaşı Marat Mukanqaliyevin arvadı verə bilər. Həmin şəxs bankdan 14 milyon rubl mənimsədiyinə görə həbs edilib. Ramiz Məmmədov isə məhkəmədə onu müdafiə edib. 21 epizod üzrə təqsirkar bilinən Marat Makanqaliyevi 2015-ci il dekabrın 28-də Krasnoarmeyski rayon məhkəməsinin federal hakimi Alevtina Yeryomina günahkar hesab edərək 6,5 il azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.

Bundan sonra, istintaqın versiyasına görə, Ramiz Məmmədov Makanqaliyevin arvadına hökmün yüngülləşdirilməsində yardımını təklif edib. Bu iş üzrə apellyasiya şikayətinə baxış martın 29-da Samara vilayət məhkəməsində baş tutmalı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.