Məşhur nəşr İran və Venesuelanın ABŞ-yə sızmaq üçün casuslarla bağlı planından yazdı

Bu gün, 09:24           
Məşhur nəşr İran və Venesuelanın ABŞ-yə sızmaq üçün casuslarla bağlı planından yazdı
ABŞ-nin İranın üç nüvə obyektinə aviazərbələrindən sonra ABŞ təhlükəsizlik xidmətlərindəki mənbələr İranın öz "proksi qüvvələri"ndən istifadə edərək cavab hücumları hazırlaya biləcəyi barədə xəbərdarlıq ediblər.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə məşhur "Daily Mail" nəşri yazıb.

Bu arada "Daily Mail" İran və Venesuelanın birgə niyyətini üzə çıxaran sənəd də dərc edib ki, planın məqsədi terrorda şübhəli bilinən İran, Suriya və Livandan olan şəxslərə saxta pasportların verilməsi olub.

Mənbənin sözlərinə görə, bu pasportlar insanlara Yaxın Şərqdən Cənubi Amerikaya vizasız səyahət etməyə, sonra isə ABŞ-nin həssas cənub sərhədindən istifadə etməklə, milyonlarla qeyri-qanuni miqrantla birlikdə onun ərazisinə daxil olmaq imkanı verirdi.

Qeyd olunur ki, 2010-2019-cu illər arasında olan 10 mindən çox şəxsin adı, doğum tarixi, pasport nömrələri və vətəndaşlıqları barədə məlumatın olduğu bu siyahı keçmiş məmur tərəfindən tərtib edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru