Mask süni intellektin yeni modelinin müjdəsini verdi Bu gün, 09:42 "xAI" şirkəti bu ilin sonuna kimi süni intellektin yeni "Grok-5" modelini istifadəyə verəcək".Oxu.Az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar, "xAI" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkə hesabında yazıb."Grok-5" bu ilin sonuna qədər təqdim ediləcək və o inanılmaz dərəcədə gözəl olacaq", - deyə Mask bildirib.Qeyd edək ki, ötən gün "OpenAI" şirkəti də "ChatGPT" süni intellektinin yeni versiyasını təqdim edib. Facebook-da paylaş