KİV: Hindistanın dörd zavodu Rusiyadan neft almağı dayandırdı

Bu gün, 08:26           
KİV: Hindistanın dörd zavodu Rusiyadan neft almağı dayandırdı
Hindistanın dörd dövlət neft emalı zavodu Rusiya neftinin satın alınmasını dayandırıb.

Oxu.Az bu barədə "Deutsche Welle"yə istinadla yazır.

Qərar təkcə yanacaq üçün endirimlərin azaldılması ilə deyil, həm də ABŞ Prezidenti Donald Trampın Rusiyadan enerji resursları alan ölkələrə əlavə rüsumlar tətbiq etməklə hədələməsi ilə bağlıdır.

Məlumata görə, Rusiya nefti alan "Indian Oil", "Hindustan Petroleum", "Bharat Petroleum" və "Mangalore Rafinery Petrochemical" şirkətləri həftə ərzində onu almaqda maraqlı olmayıblar.

Onlar Rusiyadan gələn tədarükləri Qərbi Afrika və Yaxın Şərq ölkələrinin (xüsusən də BƏƏ) məhsulları ilə əvəz etmək istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru