Qaqauziyada kütləvi etiraz aksiyaları keçiriləcək – Guculun hökmünə reaksiya

Bu gün, 08:44           
Qaqauziyada kütləvi etiraz aksiyaları keçiriləcək –
Qaqauziya Xalq Məclisi (yerli parlament) və İcraiyyə Komitəsi (yerli hökumət) regionun rəhbəri Yevgeniya Gucula qarşı Kişinyov məhkəməsinin çıxardığı hökmə cavab olaraq kütləvi dinc etiraz aksiyalarının keçirilməsi barədə qərar qəbul edib.

32gun.az xəbər verir ki, bu barədə Qaqauziya parlamentinin saytında yayımlanan qətnamədə qeyd olunub.

Qərarda bildirilir: “Qaqauziya ərazisində Qaqauziya rəhbəri Y.A. Guculun və muxtariyyətin qanuni hüquqlarının müdafiəsinə yönəlmiş kütləvi dinc etiraz aksiyalarının təşkil və keçirilməsi”.

Həmin tədbirlər çərçivəsində əlaqələndirmə məqsədilə regional qərargahın yaradılması da nəzərdə tutulur. Sənəddə qaqauz xalqına həmrəylik, təmkin və vətəndaş birliyini qorumaq, eləcə də hüquqlarını müdafiə etmək çağırışı yer alıb.

Qeyd edək ki, avqustun 5-də Moldova məhkəməsi Yevgeniya Guculu müxalif “Şor” partiyasının maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularına görə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovdakı məhkəmə binası önündə Guculun tərəfdarları ilə polis arasında toqquşmalar yaşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru