Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb

Bu gün, 07:44           
Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb
İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib.

he Times of Israel xəbər verir ki, o, bu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib.

Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.

O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.

İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.

Xatırladaq ki, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru