Rusiya Hindistan üçün neftin qiymətini aşağı salıb
Bu gün, 08:57
Hindistan limanlarında Rusiyanın "Urals" markalı xam nefti bir barelə görə 5 dollar ucuz satılmağa başlayıb.
Bu barədə "Bloomberg" agentliyi xəbər verir.
Bildirilir ki, bu addım Rusiyanın Hindistana nef tədarüklərini davam etdirmək üçün atılıb.
"Kpler Ltd." analitik şirkətinin məlumatına görə, qiymətin aşağı salınmasına Avropa İttifaqının sanksiyaları sərtləşdirməsi və ABŞ tərəfindən sanksiyalar riski səbəb olub.