Çin: İqtisadiyyatımız uzunmüddətli inkişaf üçün möhkəm təmələ malikdir
Bu gün, 09:44
Çinin Maliyyə Nazirliyi Çin iqtisadiyyatının böyümə üçün möhkəm təmələ və uğurlu inkişaf üçün kifayət qədər amillərə malik olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.
Nazirliyin bəyanatı "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin Çinin suveren kredit reytinqinin "sabit" proqnozla "A+" səviyyəsində saxlanılmasına dair hesabatının dərci ilə əlaqədar verilib. Hesbatda deyilir ki, uzunmüddətli perspektivdə Çin iqtisadiyyatı sabit təmələ, çoxsaylı üstünlüklərə, yüksək davamlılığa və böyük potensiala malikdir.
Çin Maliyyə Nazirliyi onu da aydınlaşdırıb ki, Çin iqtisadiyyatı sosializmin yerli xüsusiyyətləri, nəhəng daxili bazarı, inteqrasiya olunmuş milli sənaye sistemi, eləcə də zəngin əmək resursları ilə üstünlüklərindən istifadə edir.
Bəyanatda həmçinin vurğulanıb ki, Çin iqtisadi inkişafın daxili hərəkətverici qüvvələrini gücləndirməyə davam edəcək, daxili və xarici vəziyyətin dəyişməsinə uyğun olaraq strateji ehtiyatları vaxtında öyrənib dinamik şəkildə düzəldəcək, dünya iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.