Milyonları kövrəldən kadrlar: o, sadəcə ANAdır... - FOTO

24-03-2016, 14:16           

Tailandda baş vermiş hadisə adi qəzalardan biri sayıla bilərdi. Bəli, faciələr çoxalanda onlar statistikaya çevrilir, ağrı və əzab adiləşir - əfsuslar olsun...

Lakin bu qəzadan sonra xəstəxana palatasında çəkilmiş foto milyonlarla insanı kövrəldib.

Milli.Az The Bangkok Post-un Facebok-dakı səhifəsinə istinadən bildirir ki, ölkənin şimalındakı Phre vilayətində, ölkə paytaxtı Banqkokdan 551 km aralıda baş vermiş qəzada gənc ananın olduğu avtomobil aşmışdı.

Avtomobildə qadın 7 aylıq oğlu ilə birlikdə idi.

Qadın və oğlu Ronq Kuanq şəhərindəki hospitala aparılıblar.

Ananın qolları, ayaqları qırılmış, ağır kəllə-beyin travması almışdı.

Lakin o, palatada körpəsini yemləyib.

Ananın övladını əmizdirdiyi an çəkilmiş fotonu Bangkok Post "O, sadəcə ANAdır" adlandıraraq paylaşıb. Foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru