Jirinovskidən Nazarbayevə DƏSTƏK: “Moskva onun təhlükəsizliyinə zəmanət verir”

8-01-2022, 00:02           
Jirinovskidən Nazarbayevə DƏSTƏK:
Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Nursultan Nazarbayev üçün təhlükəsizlik təminatının olacağını proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, Jirinovski bununla bağlı “Exo Moskvı” radiostansiyasının efirində fikirlərini bölüşüb.

“Ona heç nə olmayacaq, çünki Moskva onun tam təhlükəsizliyinə zəmanət verir. O, Qorbaçov və Yeltsinin təqaüdə çıxdıqdan sonra aldığını alacaq: təhlükəsizlik və imtiyazlar paketindən istifadə”, - Jirinovski deyib.

Jirinovski Qazaxıstanın yeni prezidenti Tokayevin Rusiyanın dostu olacağını da bildirib.

"Bütün parametrdə bu belədir, Rəhmon və Türkmənistan rəhbəri Rusiyanın dostudur və Tokayev də Rusiyanın dostu olacaq", - deyə parlamentari fikirlərinin davamında bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.