İsveçrə ordusunda “WhatsApp”, “Telegram” və “Signal” qadağan olundu

8-01-2022, 09:56           
İsveçrə ordusunda “WhatsApp”, “Telegram” və “Signal” qadağan olundu
İsveçrə ordusu rəhbərliyi şəxsi heyətdən “WhatsApp”, “Telegram” və “Signal” kimi mesajlaşma proqramlarından istifadə etməməyi xahiş edib.

Əsgərlərə öz vəzifələrini yerinə yetirərkən şəxsi mobil telefonlarında qeyd edilən tətbiqlərdən istifadə etməmək tövsiyə olunub.

Məlumat təhlükəsizliyi səbəbiylə alınan qərarda İsveçrə istehsalı olan “Threema”ya üstünlük verilməsi məsləhət görülüb.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru