NATO baş katibi: "4 ölkənin daxil olması üçün alyansın qapıları açıqdır"

8-01-2022, 11:36           
NATO baş katibi:
"NATO-nun qapıları təkcə Ukrayna və Gürcüstan üçün deyil, Finlandiya və İsveç üçün də açıq qalmalıdır".

"Report" xəbər verir ki, bu sözləri alyansın baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin onlayn görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, NATO-nun genişlənməsi bütün Avropada azadlıq və demokratiyanın yayılmasına gətirib çıxarır, ona görə də bu proses davam etməlidir.

NATO baş katibi adlarını çəkdiyi 4 ölkənin alyans üçün dəyərli tərəfdaş olduğunu da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru