“The New York Times” yeni hərbi xəritə yaydı- Ukrayna mühasirəyə alınır

8-01-2022, 12:06           
“The New York Times” yeni hərbi xəritə yaydı-
ABŞ-ın məşhur “The New York Times” qəzeti son zamanlar Ukraynanı təhdid edən rus qoşunlarının yerləşmə mövqelərini əks etdirən xəritə dərc edib. AzVision.az xəbər verir ki, ABŞ nəşri Rusiya ordusuna məxsus çoxsaylı hərbi qrupların Ukraynanı üç istiqamətdən mühasirəyə aldığını aşkara çıxarıb. Məqalə müəllifi iddia edir ki, xəritə Kiyev və Qərb rəsmilərinin məlumatları, həmçinin müstəqil hərbi analitiklər və kosmosdan çəkilmiş görüntülərdən istifadə edilməklə tərtib edilib.

Ukrayna sərhədi yaxınlığında 122 min rus hərbçisi var" - Danilov Yazıda Ukrayna sərhədləri yaxınlığında cəmləşmiş rus hərbçilərinin ümumi sayının ən azı 100 min nəfər olduğu qeyd edilir. Lakin Kremldə hazırlanana əməliyyatda isə 175 min rusiyalı hərbçinin bu prosesdə iştirak etdiyi bildirilir. Müəllifin fikrincə əraziyə cəmlənmiş sözügedən qoşun birləşmələri on qrupa bölünüb. İkisi Smolenskin Yelnya və Bryanskın Klintsy ərazisinin yaxınlığında yerləşir. Voronej yaxınlığında isə daha üç qrup toplanıb. Bir qrup Volqoqrad vilayətində, ikisi "LDNR" (Luqansk-red) sərhədlərində, digər bir qrup isə Krasnodar diyarında və Krımda yerləşdirilib. Eyni zamanda, qəzet onu da yazır ki, rəsmi Moskvanın Ukraynaya hərbi müdaxiləyə cəhd edib-etməyəcəyi hələ tam aydın deyil.



Xatırladaq ki, Rusiyada Ukraynaya hücuma hazırlıqla bağlı bütün ittihamlar rədd edilir. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Federasiyası öz ərazisində qoşun yerdəyişmələri etmək hüququna malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.