Moldova Prezidenti siyasət xatirinə analıqdan imtina edib

9-01-2022, 09:12           
Moldova Prezidenti siyasət xatirinə analıqdan imtina edib
Moldova Prezidenti Mayya Sandu etiraf edib ki, əvvəllər uşaq övladlığa götürmək barədə düşünüb, amma indi işin çox olması səbəbilə bunu edə bilməz.

Bu barədə Sandu Galben YouTube kanalına müsahibəsində danışıb.

«İndi öz üzərimə böyük məsuliyyət götürə bilmərəm - bu, vaxt və diqqət tələb edir. Mən, yalnız analiz etmişəm ki, övladlığa götürmə prosedurunun hansı mərhələlərini keçmək lazımdır. Elədiyim bundan ibarətdir» - Sandu dəqiqləşdirib.

O, əlavə edib ki, hələlik əmin deyil, sonralar bunu etmək istəyəcəkmi? Hazırda onun 49 yaşı var, ərə getməyib və övladı yoxdur. 2020-ci ildə Mayya Sandu respublikanın tarixində ilk qadın Prezident olub. Onun seçkiqabağı prioritet vədlərindən biri də «Evdə Avropa» yaratmaq cəhdi olub. Söhbət təkcə həyatın keyfiyyətindən yox, həm də tolerantlığın sosial oriyentirlərindən gedir.

Müasir Avropa İttifaqının siyasi sinifinin nümayəndələrinin əksəriyyəti kimi, Mayya Sadu ailə münasibətlərinə malik deyil və uşaqları yoxdur. Prezident seçiləndən sonra ondan soruşublar ki, özünü peşəkar karyeraya həsr etdiyinə görə təəssüf etmir ki? Sandu cavab verib ki, yox. Bu zaman o, istisna etməyib ki, nə vaxtsa övladlığa uşaq götürəcək, amma hələlik bunu digər sferalarda ünsiyyətlə kompensasiya edir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.