Stoltenberq: “Rusiya ilə kompromislər mümkündür”

10-01-2022, 08:56           
Stoltenberq:
“Rusiya ilə bir sıra təhlükəsizlik məsələlərində kompromislər mümkündür, lakin bir görüşdə onlara nail olmaq mümkün deyil”.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Biz artıq Rusiya ilə kompromislərə gedə biləcəyimizi və problemlərin həlli yollarını tapa biləcəyimizi sübut etmişik”, o əlavə edib.

Eyni zamanda, baş katib bir daha xəbərdarlıq edib ki, NATO “açıq qapılar” prinsipindən imtina etmək niyyətində deyil, bu isə o deməkdir ki, istənilən ölkə, o cümlədən Ukrayna alyansa qoşulmaq üçün müraciət edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru