Qazaxıstan: 8 min tutulan, 3-ü uşaq olmaqla 164 ölən... - ABŞ mətbuatı açıqladı

10-01-2022, 14:28           
Qazaxıstan: 8 min tutulan, 3-ü uşaq olmaqla 164 ölən... -
Qazaxıstandakı etirazlar zamanı təxminən 8 min nəfər polis tərəfindən saxlanılıb.
"Sherg.az" "Apnews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın hakimiyyət orqanları məlumat yayıblar.
Prezident Kasım-Jomart Tokayev baş verən hadisələri ölkəyə qarşı “terror təcavüzü” adlandırıb. O, hakimiyyətin dinc nümayişçilərlə mübarizə aparması ilə bağlı xəbərləri “dezinformasiya” adlandırıb.
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkə üzrə ümumilikdə 7939 nəfərin saxlanıldığını bildirib.
Qazaxıstanın əks-kəşfiyyat və antiterror agentliyi olan Milli Təhlükəsizlik Komitəsi bazar ertəsi ölkədə vəziyyətin “sabitləşdiyini və nəzarət altında olduğunu” qeyd edib.
Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi bazar günü iğtişaşlarda üçü uşaq olmaqla 164 nəfərin həlak olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru