ABŞ-la Rusiya arasında danışıqlar başladı

10-01-2022, 14:38           
ABŞ-la Rusiya arasında danışıqlar başladı
İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.

Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Görüş ABŞ-ın Cenevrədəki nümayəndəliyində keçirilir.

Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb. /anews.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru