Avropanın enerji istehsalında kömürdən təbii qaza və bərpa olunan enerji mənbələrinə keçid qitədə enerji böhranı yaradıb. Yaşıl enerji transformasiyası ilə bağlı həyata keçirilən siyasətlər son 10 ildə Avropanın təbii qazdan asılılığını əhəmiyyətli dərəcədə artırıb.
Teref.az “Margin.az”-a istinadən xəbər verir ki, təbii qaz istehlakında artım əsasən Rusiyadan idxal, Norveçin hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü hesabına baş verib.
LNG bazarlarında da Asiya ölkələri ilə rəqabət və Rusiyanın tədarükü artırmaması səbəbilə təbii qaz qiymətlərində rekord artımlar yaşanıb. Belə ki, Avropada qazın qiyməti 180 avronu ötərək rekord səviyyəyə çatıb.
Məlumata görə, Avropada təbii qazın qiyməti ötən ilin oktyabr ayında aprel ayına nisbətən 400%, elektrik enerjisi qiyməti isə 200% bahalaşıb. Bildirilib ki, qış mövsümü soyuq keçərsə, qitənin enerji böhranı daha da dərinləşə bilər.