Rusiya və ABŞ-ın danışıqları başa çatıb

11-01-2022, 08:28           
Rusiya və ABŞ-ın danışıqları başa çatıb
Tərəflər yeddi saatdan artıq davam edən görüşə yalnız qısa nahar fasiləsində ara veriblər.
Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları başa çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb ki, bu barədə missiyanın mətbuat katibi Cozef Kruziç məlumat verib.
"Danışıqlar on dəqiqə əvvəl başa çatıb", - deyə o bildirib.
Görüş ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Bakı vaxtı ilə təxminən saat 12:00- da başlayıb və bağlı qapılar arxasında təxminən 7,5 saat davam edib. Tərəflər danışıqlara yalnız qısa nahar fasiləsində ara veriblər.
Qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.
Ötən gecə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub. Təhlükəsizlik zəmanətləri ilə bağlı bu "ilkin" danışıqların nəticələrinə əsasən, Ryabkov söhbətin çətin, ancaq işgüzar xarakter daşıdığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru