Danimarkada hərbi kəşfiyyat rəhbərinin bir aydır həbsdə olduğu üzə çıxıb

11-01-2022, 08:35           
Danimarkada hərbi kəşfiyyat rəhbərinin bir aydır həbsdə olduğu üzə çıxıb
Danimarkada kəşfiyyat və təhlükəsizlik böhranı yaşanır.

Ölkənin ictimai yayımçısı olan DR-in məlumtına görə, Hərbi Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (FE) rəhbəri Lars Findsen tam məxfi məlumatların sızması ilə bağlı aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Dekabr ayında eyni iş çərçivəsində ölkədəki daha iki kəşfiyyat xidmətinin dörd əməkdaşı da gözaltına alınıb.

İstintaq davam edərkən həmin əməkdaşlar sərbəst buraxıldığı, Findsenin isə hələ də həbsdə olduğu bildirilib.

Danimarka mediası sözügedən cinayət işi barədə məlumatların dərcinə qoyulan qadağa aradan qaldırıldıqdan sonra bu xəbəri paylaşıb.

Məxfi məlumatların kənar mənbələrə ötürülməsi ilə bağlı cinayət iş böyük məxfilik şəraitində aparılır. Bununla belə, 2020-ci ildə Danimarka Hərbi Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin öz məlumatlarını ABŞ xüsusi xidmət orqanları ilə paylaşdığı və ABŞ-ın Danimarkaya məxsus məxfi məlumatlara çıxışının ola biləcəyi iddia edilir.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru