ABŞ: Çin qonşularını qorxudur

11-01-2022, 08:12           
ABŞ:
Çinin Hindistan sərhədində fəaliyyəti regionda qeyri-sabitlik yaradan faktorlardan ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

O bildirib ki, Çin qonşularını qorxutmağa çalışır:

“Regionda vəziyyəti diqqətlə izləyirik. Sərhədyanı mübahisələrlə bağlı dialoq və sülh yolu ilə həll yollarını dəstəkləyirik. Partnyorlarımızı dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, mübahisəli Ladax bölgəsindən dolayı Çin və Hindistan hərbçiləri arasında periodik olaraq gərginlik yaşanmaqdadır. Sonuncu belə toqquşma 2020-ci ilin yay aylarına təsadüf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru