ABŞ-ın Rusiya üçün görüşöncəsi "sürprizi"...

11-01-2022, 11:27           
ABŞ-ın Rusiya üçün görüşöncəsi "sürprizi"...
Qazaxıstanda baş verən hadisələri Amerika kəşfiyyatı konkret olaraq Cenevrədə Rusiya-ABŞ sammitindən əvvəl təşkil edib.

Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vyaçeslav Nikonov deyib.

Onun sözlərinə görə, ABŞ-ın əsas vəzifələrindən biri Rusiyada, eləcə də Rusiyaya dost, KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlərdə sabitliyi pozmaqdır:

"Ona görə də Qazaxıstanda baş verən hadisələrin arxasında Amerika kəşfiyyatının dayandığı mənə tamamilə aydındır".

Eyni zamanda o, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin KTMT-dən yardım istəməsinin doğru qərar olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru