BMT əfqanlara 5 milyard dollar dəyərində iki yardım planı təklif edib

11-01-2022, 12:38           
BMT əfqanlara 5 milyard dollar dəyərində iki yardım planı təklif edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstan əhalisinə və qonşu ölkələrdə sığınacaq tapmış əfqanlara yardım məqsədilə ümumi dəyəri 5 milyard ABŞ dolları olan iki yardım planı təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, yardım Əfqanıstanda yaşayan 22 milyon nəfəri, habelə qonşu ölkələrdə məskunlaşmış 5,7 milyon əfqanı əhatə edəcək.

Dəyəri 4,4 milyard ABŞ dolları olan humanitar yardım ərzaq, kənd təsərrüfatı, səhiyyə, sığınacaqların yaradılması, su ilə təminat və sanitar tədbirlər üçün planlaşdırılır. Həmçinin 623 milyon ABŞ dolları dəyərində yardım nəzərdə tutan qaçqınlarla bağlı təşəbbüs isə səhiyyə, qida təhlükəsizliyinin təminatı, təhsil, logistika və telekommunikasiya sahəsində fəaliyyət göstərən 40 təşkilata ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru