ABŞ-da koronavirusa yoluxma sayında yeni dünya rekordu qeydə alınıb

11-01-2022, 11:42           
ABŞ-da koronavirusa yoluxma sayında yeni dünya rekordu qeydə alınıb
Son sutka ərzində ABŞ-da koronavirusa azı 1,13 milyon yeni yoluxma halı qeydə alınıb.

"Report" “Reuters”ə istinadən xəbər verir ki, bu, yeni dünya rekordudur. ABŞ-ın heç də bütün ştatlarının yoluxma ilə bağlı hesabatı açıqlamaması bu göstəricinin daha böyük olacağından xəbər verir.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərin sayında da rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 135 500 xəstəxana yerləşdirilib.

Qeyd edək ki, Con Hopkins universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyol nəfəri ötüb. Virusa yoluxmuş 837 min nəfər vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru