ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq etdi

12-01-2022, 15:44           
ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq etdi
“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib.

O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən, 2 ay yarımdır bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”.

Xatırladaq ki, Viktoria Nuland ötən gün NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru