Vladimir Putin: “Çətin vəziyyətdəyik”

12-01-2022, 18:09           
Vladimir Putin:
“Dünyadakı durumu və yeni “Omikron” ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik”.

“SAVAŞ” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi”, – o vurğulayıb.

Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: “Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir”.

Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru