Boris Conson COVID-19 qadağalarını pozduğu üçün üzr istədi

13-01-2022, 08:28           
Boris Conson COVID-19 qadağalarını pozduğu üçün üzr istədi
Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozaraq “Dauninq-strit” yığıncağında iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.

Baş nazir bildirib ki, o , bu tədbirin iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqə orada olub.

O axşam bunun fərqində olmadığım üçün üzr istəyirəm. Mən buna görə məsuliyyət daşıyıram və üzr istəyirəm” – B. Conson parlamentarilərin suallarını cavablandırarkən deyib.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq ənənəvi olaraq keçirilən “Dauninq-strit” yığıncağında iştirak etmişdi. Bu hadisədən sonra Baş nazirin istefası tələb olunurdu./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru