Paşinyan bu generalı Xankəndindəki erməni rejiminə “baş nazir” qoymaq istəyir... - Ermənistan KİV

13-01-2022, 11:25           
Paşinyan bu generalı Xankəndindəki erməni rejiminə “baş nazir” qoymaq istəyir... -
“Nikol Paşinyanın Samvel Babayan vasitəsilə çevriliş cəhdinin iflasa uğramasından sonra Ermənistan hökuməti Qarabağın daxili siyasi həyatına yeni müdaxilə planlaşdırıb”. Teref.az moderator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Past” nəşri yazır.

Nəşrin məlumatına görə, Paşinyan “konstitusiya dəyişiklikləri” etmək və yeni “baş nazir” təyin etmək üçün Xankəndindəki separatçı-terrorçu rejimə təzyiq göstərir. Paşinyan həmin postda rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanı görür.

Qəzet yazır ki, onsuz da Paşinyan bəyanat və hərəkətləri ilə separatçı rejimə böyük zərbə vurub.
“Ermənistan hakimiyyəti Samvel Babayanı vəzifəsiz qoymamaq və xidmətlərini layiqincə mükafatlandırmaq üçün onu Artsaxa “köçürmək” qərarına gəlib” –deyə Ermənistan nəşri vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru