Erməni polkovnik: “Yalnız bu 10 il ərzində Ermənistan müharibəyə cəlb olunmayıb”

13-01-2022, 14:57           
Erməni polkovnik:
“Mən sirr açmıram, amma qeydə alınmış faktı açıqlayıram ki, Ermənistan üçün ən dinc və təhlükəsiz illər 1998-2008-ci illər olub”. Ordu.az xəbər verir ki, bunu erməni polis polkovniki Sayat Şirinyan “Facebook” səhifəsində yazıb.

Şirinyan qeyd edib ki, yalnız bu 10 il ərzində Ermənistan müharibəyə cəlb olunmayıb, buna görə də böyük sayda ölənlər olmayıb.

Erməni polis polkovniki vurğulayıb ki, Paşinyan Qarabağı təhvil verib.

“Təbii ki, ağrılı itkilərimiz olub, o illərdə 92 erməni sərhədlərin qorunması üçün canından keçib. Nikolizm Qarabağı təhvil verdi, cahillər üçün sevinclidir, uşaqlarımız artıq orada qulluq etmirlər, amma onlar həyatlarını artıq Ermənistanda “heç nə naminə” qurban verirlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru