İrəvanda sərhəd təxribatlarına görə etiraz aksiyası keçirilib- VİDEO
13-01-2022, 15:26

Ermənistanda Azərbaycanla sərhəddə yaranmış gərginliyə görə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi və digər ictimai fəallar İrəvanın sərhəd təxribatına görə hökumət binasının qarşısına toplaşıblar.
Ermənistan mediası 8 aydır itən hərbçini axtarır - İçində olduğumuz sistemlər, o cümlədən rus sülhməramlılarının olması problemi həll etmir. Çünki nə Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, nə də Rusiyadan heç bir cavab almırıq, - hüquq müdafiəçisi Nina Karapetyanç jurnalistlərə verdiyi açıqlamada deyib.
Hüquq müdafiəçisi hesab edir ki, bu təkrarlanan insidentlərdən, qarışıq vəziyyətdən çıxmaq üçün yeni mexanizmləri, yeni hərbi-siyasi prosesləri yoxlamağın vaxtı çatıb. Məsələn, Avropa sülhməramlı qüvvələri proseslərə cəlb etməklə problemi müzakirə etmək lazımdır.
Hüquq müdafiəçisi Zara Hovhannisyan isə deyib ki, iqtidar orduda islahat aparmaq istəmir.
- Sərhəddə orduya yeni çağırılan əsgərlər olmamalıdır, dövlət bu qırğınların aradan qaldırmağın yollarını tapmalıdır. Bu hadisələr nə qədər davam edəcək? Qazaxıstana hərbçi yeritmək lazım olanda onlar tez bir zamanda uyğun yol tapırlar, xarici tələblərə tabe olurlar. İndi öz ölkələrini, vətəndaşın yaşamaq hüququnu qorumağın yolunu tapsınlar. Orduda böyük islahat aparmalı, qoşunları silahlandırmalıdırlar. Bu dövlət qəbiristanlıqları texnika və avadanlıqlarla təmin etməyə qadir olan dövlətdir. Uşaqlar isə sərhəddə yalnız öz əlləri ilə mühəndis işləri görürlər. Bu normal deyil-, Hovhannisyan deyib.