ABŞ raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına sanksiya tətbiq edib

13-01-2022, 15:46           
ABŞ raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına sanksiya tətbiq edib
ABŞ raket sınaqları seriyasına görə Koreya Xalq Demokratik Respublikasına (KXDR) sanksiya tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bu, Cozef Baydenin prezidentliyi dövründə ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi ilk sanksiyadır.

Birləşmiş Ştatların maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayn Nelson məsələyə dair bəyanatında bildirib ki, KXDR-in ötən ilin sentyabrından bəri keçirdiyi 6 raket sınağının hər biri BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub. Sonuncu sanksiya Şimali Koreyanın kütləvi qırğın silahı və ballistik raket proqramına qarşı ABŞ-ın davam edən səylərinin bir hissəsidir.

Nazirin bəyanatında Birləşmiş Ştatların KXDR ilə dialoq və diplomatiya cəhdlərinə sadiq qaldığı, lakin Pxenyanın qanunsuz silahlanma proqramının ABŞ və beynəlxalq ictimaiyyət üçün yaratdığı təhlükəyə cavabının davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Bayden administrasiyasının sanksiyası Şimali Koreyanın sonuncu raket sınaqlarından bir neçə gün sonraya təsadüf edir. KXDR yanvarın 5-də və 11-də hipersəsli raket sınağı keçirdiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru