Sergey Lavrov MDB ölkələri səfirləri ilə görüşəcək 14-01-2022, 00:08 Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 19-da Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin səfirləri ilə görüşəcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.O, bunun ənənəvi illik görüş olduğunu vurğulayıb. XİN rəsmisinin sözlərinə görə, toplantıya MDB-nin icraçı direktoru Sergey Lebedev də qatılacaq. Facebook-da paylaş