"NATO-Rusiya müharibəsi təsəvvür edilməzdir, amma biz, ona hazırıq" - Latviyanın Baş naziri

14-01-2022, 07:58           
"NATO-Rusiya müharibəsi təsəvvür edilməzdir, amma biz, ona hazırıq" - Latviyanın Baş naziri
Latviyanın Baş naziri Krişyanis Karinş Qərb ölkələrinin vahid mövqedə olduğunu bəyan edib. Bu, onun fikrincə, cari həftə ərzində - Rusiya nümayəndə heyətinin ABŞ, NATO və ATƏT nümayəndələri ilə ünsiyyətdə olduğu vaxt müşahidə olunub.

Amerika-Rusiya danışıqlarını qiymətləndirərkən Baş nazir qeyd edib ki, ilk müsbət nəticə o olub ki, danışıqlar baş tutub, - bb.lv yazır.

«Bu danışıqlarda ABŞ-ın mövqeyi ondan ibarətdir ki, NATO ölkələri çiyin-çiyinə dayanıb. Amma elə həmin vaxt Rusiyanın aqressiv ritorikası açıq görsənir. Yaxşı xəbər ondan ibarətdir ki, Qərb dünyası birlikdə dayanır. Və bu, bizim üçün çox yaxşı yenilikdir» - Karinş TV3 telekanalına müsahibəsində izah edib.

O, bəyan edib ki, Rusiya NATO-ya diktə edə bilməz ki, hansı ölkələr alyansa daxil olmalıdır, həm də NATO harada ordusunu yerləşdirməlidir. İndiki geopolitik qeyri-sabitliyin ən pis nəticəsi, Karinş etiraf edib, ən pis ssenari müharibə olardı.

«Əgər müharibə olarsa, o zaman NATO hazırdır» - Karinş deyib. O, qeyd edib ki, Rusiya və NATO arasında müharibə, demək olar, təsəvvür olunmazdır, belə ki, o, dünya miqyaslı münaqişə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru