BMT səsvermə hüququnu itirmişlərin siyahısını açıqlayıb - İran və başqaları...

14-01-2022, 09:13           
BMT səsvermə hüququnu itirmişlərin siyahısını açıqlayıb -
BMT Baş katibi Antoniu Quterriş elan edib ki, təşkilatın səkkiz üzv-dövləti Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində (BM) səsvermə hüququnu üzvlük haqqını ödəmədiklərinə görə itirirlər.

Bu ölkələr İran, Venesuela, Sudan, Konqo Respublikası, Qvineya, Papua-Yeni Qvineya, Vanuatu və Barbuda-dır.

Bu barədə yanvarın 13-də «Assosiated Press» agentliyi (AP) xəbər verib.

Baş katib Baş Məclisin sədri Abdulla Şahidə göndərdiyi məktubla ba haqda xəbər verib.

BMT Nizamnaməsinə əsasən, əgər təşkilatın üzvlərinin borcları üzvlük haqqı məbləğinə bərabərdisə və ya onu aşırsa, onlar səsvermə hüququndan məhrum edilirlər.

İran artıq bu hüququnu 2021-ci ilin yanvarından itirib, amma minimal ödəmə ilə iyunda bərpa edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.