Estoniya: Rusiyanın bu fikri absurddur!

14-01-2022, 08:07           
Estoniya:
Baltikyanı ölkələrin NATO-ya daxil olmasını alyansın səhvi adlandıran Rusiyanın fikirləri tamamən absurddur.

Axar.az xəbər verir ki, bu sözləri Estoniya Prezidenti Alar Karis deyib.

“Soyuq müharibənin bitməsindən bəri ən yüksək gərginlik səviyyəsinə çatmışıq. Üç Baltikyanı ölkənin NATO-ya daxil olmasını Rusiya yanlış hesab edir. Bu fikir absurddur. Alyansa üzvlük azad və müstəqil Estoniya, Latviya və Litvanın demokratik seçimi ilə baş tutdu”, - deyə Karis bildirib.

Qeyd edək ki, sözügedən Baltikyanı ölkələr 2004-cü ildə alyansa daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru