Ermənistan, Tacikistan və Qırğızıstan hərbçiləri Qazaxıstanı tərk etdi

14-01-2022, 09:21           
Ermənistan, Tacikistan və Qırğızıstan hərbçiləri Qazaxıstanı tərk etdi
Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almaatıdan çıxaraq daimi dislokasiya yerlərinə yola düşüblər.

Məlumata görə, Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.

Tacik hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər./TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru