“ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan

14-01-2022, 11:33           
“ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan
“Bu həftə Rusiya ilə danışıqlar faydalı oldu, amma yeni danışıqların vaxtı hələ müəyyən edilməyib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlar barədə qərar verdiyi qənaətinə gəlməyib, lakin Rusiyanın hərbi müdaxilə təhlükəsi hələ də yüksək olaraq qalır:

“ABŞ Ukraynada dövlət çevrilişinə cəhdin Rusiyanın işğalı üçün bəhanə ola biləcəyini istisna etmir. ABŞ Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi halında NATO-nun şərq cinahını gücləndirəcək. Rusiya Latın Amerikasında qüvvələrin yerləşdirilməsi istiqamətində hərəkət edərsə, ABŞ qətiyyətli cavab verəcək”, - deyə Suallivan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru