Otuz üç milyard dollarlıq dəmir yolu

14-01-2022, 18:08           
Otuz üç milyard dollarlıq dəmir yolu
ABŞ-ın Kaliforniya ştatında tikintisinə 2015-ci ildə başlanılan dəmir yolunun 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

TEREF.AZ yazır ki, AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu, ABŞ-ın bəzi böyük şəhərlərini yüksək sürətli dəmir yolu ilə birləşdirən bir çox layihələrdən ən nəhəngidir.

Layihənin baş icraçı direktoru Ceff Morales bildirib ki, layihənin dəyəri 33 milyard dollardan çox olsa da, yeni texnologiyalar hesabına tikinti xərclərinin azalması mümkündür.

Layihəyə görə, ilkin hissə San-Fransisko və Los-Anceles şəhərlərini birləşdirəcək, burada qatarlar saatda 350 kilometr sürətlə hərəkət edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.