İsveç hərbçilərini Rusiya ilə sərhədə göndərdi

15-01-2022, 09:18           
İsveç hərbçilərini Rusiya ilə sərhədə göndərdi
İsveç Rusiya ilə su sərhədi yaxınlığındakı Qotland adasına zirehli texnika və hərbçilərini göndərib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu qərara “Rusiyanın bölgədəki fəaliyyəti” səbəb olub.

“Silahlı qüvvələr İsveçin ərazi bütövlüyünü və maraqlarını qorumaq bacarığını nümayiş etdirmək üçün lazımi tədbirlər görür”, - deyə ölkənin müdafiə naziri Peter Hultqvist bəyan edib.

Hazırda hərbçilər ada ərazisində patrul xidməti aparırlar.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru