Argentina "yanır" - Yanvarda 40 dərəcə isti qeydə alınıb - FOTOLAR

15-01-2022, 15:40           
Argentina "yanır" -
Dünyanın dörd bir yanında qar və şaxtalı hava müşahidə edildiyi bir vaxtda Argentina sözün həqiqi mənasında istidən "yanır". AzVision.az xəbər verir ki, bu ölkədə hazırda anomal istilər müşahidə edilir, bəzi yerlərdə isə rekord temperatur qeydə alınıb - 40 dərəcədən yuxarı. Bu səbəbdən də Argentina hazırda planetin ən isti yerinə çevrilib. Ölkədə havanın hərarəti hətta Avstraliyadakı yüksək temperaturu da keçib. Yerli sakinlər deyirlər ki, səhər saatlarından termometr + 31 dərəcəni göstərir.

Yerli hakimiyyət orqanları sakinləri günün ən isti vaxtında günvurmaya məruz qalmamaq üçün açıq və yüngül paltarlar geyinməyə, xeyli miqdarda su içməyə çağırıb.

Sonuncu dəfə belə anomal istilərk 1957-ci ildə qeydə alınıb və 1995-ci ildə temperatur + 40 dərəcəyə qədər yüksəlib. Alimlər bu cür ekstremal hava hadisələrini iqlim dəyişikliyi ilə əlaqələndirirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru