Ukraynalı general: “Moskva Kiyevlə vuruşmaq istəmir”

16-01-2022, 08:26           
Ukraynalı general:
Qərb mediasının və siyasətçilərin Moskvanın Ukraynaya müdaxilə ssenariləri ilə bağlı iddiaları sadəcə onlaraq qarşı kampaniyadır.
Qafqaz.media TASS-a istinadla xəbər verir ki, bu fikri Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin keçmiş rəisi, general Vasili Vovk səsləndirib.
"Bilmirəm niyə insanlar bütün bu ssenariləri təsvir edirlər. Hipotetik olaraq hər şey mümkündür. Bəs niyə onları danışıqlar fonunda təsvir edirsiniz? Bu gün Rusiyanın belə bir niyyəti yoxdur”.
Onun fikrincə, ABŞ rəsmiləri, xüsusən də dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün bu cür bəyanatlarla vəziyyəti gərginləşdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.