ABŞ-da sinaqoqda girov götürülənlərin hamısı azad edilib 16-01-2022, 10:29 ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.Bu barədə Texas qubernatoru Qreq Abbott “Twitter” hesabında yazıb.“Dualar cavablandırıldı. Bütün girovlar sağ-salamat azadlıqdadır”, - deyə Abbott qeyd edib.İnsanları girov götürən şəxsin öldürülməsi ilə bağlı xəbərlər yayılsa da, bu, rəsmi olaraq təsdiqlənməyib.Bəzi məlumatlara görə, naməlum şəxs terrorizmdə təqsirli bilinən pakistanlı alim Aafia Saddikinin qardaşıdır.Saddikinin vəkili isə bu məlumatların doğru olmadığını bildirib.01:02ABŞ-ın Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqda insanları girov götürüb.Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.Hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib.Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.Mənbə: İzvestiya Facebook-da paylaş